Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər - Foto
Tarix: 10-03-2023 13:11 | Bölmə: Cəmiyyət
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər

Mart ayının 9-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Reyting.az
DSX-nin Mətbuat Mərkəzinə istinadla bildirir ki, ərazidə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 61 kiloqram 810 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}