Bakıda silahlı insident: yaralananlar var - (Yenilənib+)
Tarix: 10-03-2023 18:20 | Bölmə: Cəmiyyət
Bakıda silahlı insident: yaralananlar var - (Yenilənib+)

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.

Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib:

"Hazırda faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək".

Qeyd edək ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

***

Bakıda baş verən silahlı insidentdə 2 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıblar.

Silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

***

Bakıda atışmada yaralanan şəxslərdən biri Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsidir.

Reyting.az
xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə 12:00-da dərsləri bitdikdən sonra universitetdən çıxıb.

***

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır:

"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}