21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ev heyvanını ikiyə bölən şəxsi hakim qarşısına çıxarıblar
Tarix: 11-03-2023 20:49 | Bölmə: Cəmiyyət
Ev heyvanını ikiyə bölən şəxsi hakim qarşısına çıxarıblar
Emma Parker


İngiltərədə canlı hamsteri ikiyə bölərkən yeyən və bunun görüntülərini paylaşan qadın həbs edilib.

Reyting.az
xəbər verir ki, 39 yaşlı Emma Parker qorunan heyvana nahaq yerə ağrı verməkdə ittiham edilib və Lincoln Crovn Məhkəməsində mühakimə olunub.

Məhkəmədə bildirilib ki, Parker ev heyvanı olan hamsterini diri-diri bölərkən videoya çəkib.

Görüntülər ortaya çıxdıqdan sonra Kral Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti (RSPCA) araşdırma aparıb. Videonu izləyən baytar görüntüləri son dərəcə vəhşi və nadanlıq adlandırıb. Baytar əlavə edib ki, hamsterlər yırtıcı heyvanlardır və onlar qorxu hiss edə bilirlər. Böyük Qonerbidəki Belvoir bağlarında yaşayan Parker polisə deyib ki, itlərindən biri tərəfindən dişləndikdən sonra hamsterin ölməsinə kömək etməyə çalışıb.

Hökmü çıxaran Kralın müşaviri, hakim Ceyms House Parkerin zorakılığını “iyrənc” adlandırıb: “Hamster ən azı iki dəfə yaralanıb, sonra isə hələ sağ ikən yarıya bölünüb”.

Parkerin iki videosu internetdə yayılıb. İlk 27 saniyəlik videoda Parkerin böyük bıçaqla hamster topunu vurması göstərilir. Parker daha sonra gəmiricini yarıya bölür. İkinci videoda o, əlində bir şüşə su ilə hamsterin iki hissəsini yeyərkən görünür.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər