21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Azəriqaz”dan məhkəmələrə çoxsaylı şikayətlər daxil olub
Tarix: 13-03-2023 10:38 | Bölmə: Cəmiyyət
“Azəriqaz”dan məhkəmələrə çoxsaylı şikayətlər daxil olub

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yenidən məhkəməyə verilib.

Reyting.az
Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu dəfə məhkəmədə “Azəriqaz”a qarşı iddianı Kürdəmir rayonunun bir qrup sakini qaldırıb.

Məlumata görə, Xəlil Qara oğlu Rəsulov, Qeys Eyvaz oğlu Qasımov, Yeganə Durmuş qızı Abdullayeva və Əbülfəz Xanlar oğlu Babayev “Azəriqaz”dan Kürdəmir Rayon Məhkəməsinə şikayət ediblər.

Mülki iş icraatda olsa da, hələ ki baxış iclası təyin edilməyib.

Şikayəti məkəmənin hakimləri Müseyib Bayramov və Xaliq İmanov araşdıracaq.

İşin mahiyyəti ilə bağlı məlumat verilmir.

Onu da qeyd edək ki, son vaxtlar “Azəriqaz”dan şikayətlər artıb. Bir neçə gün əvvəl sahibkar Faiz Əhmədağa oğlu Əhmədxanov Sumqayıt Kommersiya Məhkəməsində, Venera Ramakayeva Xətai Rayon Məhkəməsində, Tahir Əliyev Xəzər Rayon Məhkəməsində, "ATF" MMC Şəki Apellyasiya Məhkəməsində və digərləri aidiyyəti üzrə məhkəmələrdə “Azəriqaz”a qarşı müxtəlif tələblərlə iddia qaldırıblar.

Reyting.az “Azəriqaz”ın məsələyə münasibətinə yer ayırmağa hazırdır.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər