21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Qarabağda yaşayış binaları tikən şirkət “Azəriqaz”ı məhkəməyə verib
Tarix: 13-03-2023 12:13 | Bölmə: Cəmiyyət
Qarabağda yaşayış binaları tikən şirkət “Azəriqaz”ı məhkəməyə verib

İşğaldan azad edilmiş ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirən "T.T.Ş İnşaat" MMC "Azəriqaz" İstehsalat Birliyindən şikayətçidir.

Reyting.az
xəbər verir ki, tikinti şirkəti "Azəriqaz"dan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Kommersiya mübahisəsi hakim Raqib Qurbanovun sədrliyi ilə araşdırılacaq.

İşin mahiyyəti ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, "T.T.Ş İnşaat" MMC "MİDA" MMC-nin "Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 13, 14, 15, 16, 17 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi" ilə bağlı keçirdiyi tenderin qalibi olub. "MİDA" qalib şirkət ilə məbləği 11 milyon 631 min 733.47 manat olan müqavilə imzalayıb.(Bakıvaxtı.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər