14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
12:58 / 15-09-2025
Sabah yağış yağacaq - Proqnoz
12:45 / 15-09-2025
Türk Almaniyada yüksək vəzifəyə təyin edilib
12:39 / 15-09-2025
Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər
12:35 / 15-09-2025
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
12:26 / 15-09-2025
Netanyahunun təyyarəsi marşrutunu dəyişir
12:22 / 15-09-2025
Fransanın yeni səfiri Bakıya gəlir
12:15 / 15-09-2025
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
11:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Fotolar
11:23 / 15-09-2025
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
11:20 / 15-09-2025
General: Putin sadəcə qorxudur, panikaya ehtiyac yoxdur
11:13 / 15-09-2025
Almanlar Rusiyanın NATO ölkəsinə hücumundan qorxur
11:09 / 15-09-2025
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
11:06 / 15-09-2025
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
11:04 / 15-09-2025
Ruslar kombaynları vurub, 12 nəfər yaralanıb
10:59 / 15-09-2025
İlham Əliyev Xocalı rayonunun Badara kəndində olub - Fotolar
10:55 / 15-09-2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
10:43 / 15-09-2025
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
10:28 / 15-09-2025
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

İrandakı kütləvi zəhərlənmələr: kimlər həbs edilib?
Tarix: 13-03-2023 13:38 | Bölmə: Cəmiyyət

İranda anti-xalq hadisələrini törədənlərin hələ də tutulmaması, hadisəyə aydınlıq gətirilməməsi cəmiyyətdə, xüsusən də şagird və valideynlərdə təşviş yaradır.
Reyting.az İran cəmiyyətində qorxuya səbəb olan hadisələrə 5 kontekstdə diqqət çəkib.
İranda ilk zəhərlənmə hadisəsi 30 noyabr 2022-ci ildə Qum şəhərindəki Qum Qızlar İncəsənət Məktəbində (Hüneristan-i Kum) baş verib. İlk hadisədə bu məktəbdə 18 şagirdin zəhərləndiyi müəyyən edilib. Sonrakı günlərdə təkcə Qum şəhərində 500-dən çox şagird zəhərlənib.
Bu arada Qum şəhərindən yayımlanan “Qomnews” xəbər saytında işləyən jurnalist Əli Purtabatabai saxlanılıb. O, məktəblərdə zəhərlənmə hadisələrini araşdırırdı.
Cəmiyyətdə narahatlıqların artmasına səbəb olan hadisə sonradan ölkənin digər şəhərlərində də gündəmə gəlib. Tehran, Məşhəd, Təbriz kimi böyük şəhərlərdə, Loristan, Ərdəbil, Kirmanşah, Simnan, Mazandaran, Çeharmahal-Bahtiari, Elburz və Xorasan kimi bir çox əyalətlərdə onlarla məktəbdə minlərlə şagird zəhərlənib.
İran parlamentinin Zəhərlənmə İşləri üzrə İstintaq Komissiyasının üzvü Məhəmməd Həsən Əsferi 30 noyabr 2022-ci ildən bəri 25 əyalətdə 230 məktəbdə əksəriyyəti qızlardan ibarət 5 mindən çox şagirdin zəhərləndiyini açıqlayıb.
İstifadə edilən zəhərlər və onların təsiri...
İlk açıqlamalarda məktəblərdə istifadə edilən zəhərdə azot və dəm qazı tapıldığı bildirilsə də, sonrakı açıqlamalarda bu məsələyə aydınlıq gətirilməyib. Səhiyyə nazirinin müavini Səid Kərimi Səhiyyə Nazirliyinin tələbələrin zəhərlənməsi ilə bağlı ilk məlumatını ictimaiyyətlə bölüşüb. Xəbərdə bir neçə növ zəhərli qazdan istifadə olunduğu qeyd edilsə də, sözügedən kimyəvi maddələrin tərkibini hələlik müəyyən etmək mümkün deyil. Portağal və ya xarab turşu qoxusunun hiss olunduğu zəhərli qaz şagirdlərdə yorğunluq, nəfəs darlığı, ürək bulanması və başgicəllənməyə səbəb olur.
Hadisənin arxasında kimlər gizlənir?
Keçən il noyabrın sonunda başlayan və son həftələrdə sürətlə davam edən kütləvi zəhərlənmə hadisəsinin arxasında kimin və ya kimlərin dayandığı barədə dəqiq məlumat yoxdur. Tehran administrasiyasına yaxın mənbələr hadisənin arxasında xalqı administrasiyaya qarşı qızışdırmaq məqsədi daşıyan rejim əleyhinə ünsürlərin olduğunu iddia edir. Bu məsələdə ABŞ, İsrail və İngiltərə kimi ölkələrin iştirak etdiyi və bu hadisədə Xalq Mücahidləri Təşkilatının subpodratçı fəaliyyəti güman olunur. Bəzi mühafizəkarlar hətta zəhərlənmə hallarının kənardan deyil, məktəb daxilində tələbələr və müəllimlər tərəfindən törədilə biləcəyini iddia edirlər. Müəllimlər Birliyi belə açıqlamalara reaksiya verib.
Bu arada ölkədəki mühafizəkarların aparıcı simalarından olan Əli Əkbər Raifipur Qum şəhərində baş verən ilk zəhərlənmə hadisəsini şiələr üçün xüsusi yeri olan bu şəhərə qarşı “qavrayış əməliyyatı” kimi dəyərləndirib. COVİD-19-un ilk dəfə İranın bu şəhərindən yayıldığını xatırladan Raifipur, Qum şəhərinin “xəstəlik” və “zəhər” yaydığına dair təsəvvür yaradıldığına cəhd edildiyini bildirib.
İslahatçılara yaxınlığı ilə tanınan iranlı natiq Həsən Ağamiri sosial media platformasındakı çıxışında hadisənin arxasında qızların təhsilinə qarşı olan bəzi radikal şiə qruplarının ola biləcəyinə diqqət çəkib. Ağamiri iddia edib ki, Qum şəhərində bu zehniyyətə malik insanlar çoxdur. Rejimin bəzi əleyhdarları da bu hadisənin arxasında İran administrasiyası daxilində qadınların başçılıq etdiyi Məhsa Emini ilə bağlı nümayişlərin qisasını almaq istəyən radikal qrupların olduğunu bildirirlər.
İran rəhbərliyinin yanaşması...
Hadisə ilə bağlı əvvəlcə yuxarılardan heç bir açıqlama verilməyib. Son bir həftədə zəhərlənmə hadisələrinin artması molla rejimini açıqlama vermək məcburiyyətində qoyub. İran prezidenti İbrahim Rəisi martın 3-də verdiyi açıqlamada qız tələbələrin zəhərlənməsində “İranın düşmənlərini” günahlandırıb.
“Bu gün ölkənin tərəqqisi ilə düşmənçilik artıb, bunun ən son nümunəsi məktəblərdə qeyri-müəyyənlik, ailələrdə narahatlıq mühiti yaratmaq cəhdidir. Psixologiyanı hədəfə alanları tələbələrin və onların ailələrinin sağlamlığını qətiyyən düşünmür. Məqsəd hər hansı bir bəhanə ilə ölkədə üsyan və xaos yaratmaqdır”,- Rəisi deyib.
İran lideri Əli Xamnəi və ədliyyə naziri Muhsin Ejei isə cəmiyyətdə artan narahatlığa görə hadisənin günahkarları “ən ağır şəkildə” cəzalandırılacağını elan edib.
Ancaq reallıq odur ki, bu günə qədər heç kim həbs edilməyib.
ELÇİN
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
Bu gün, 12:58
Sabah yağış yağacaq - Proqnoz
Bu gün, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
Bu gün, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
Bu gün, 08:13
Çində uçan naməlum obyekt vurulub?
Dünən, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb