14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakıda şirkət işçisi faciəli şəkildə ölüb
Tarix: 13-03-2023 15:10 | Bölmə: Cəmiyyət
Bakıda şirkət işçisi faciəli şəkildə ölüb

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Reyting.az
Binəqədi Rayon Prokurorluğuna istinadla bildirir ki, araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi “Buta Çərəz” MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobilli ilə soyuducu arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}