17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qadınlara kosmetika qadağası tətbiq olunub
Tarix: 15-03-2023 08:57 | Bölmə: Cəmiyyət
Qadınlara kosmetika qadağası tətbiq olunub

Əfqanıstanın Parvan əyalətində “Taliban” hərəkatı qadınların kosmetik vasitələrdən istifadəsinə məhdudiyyət tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin “Həşt-e Subh” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Əfqanıstanda “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumətin Yaxşılığın təbliği və pisliyin qarşısının alınması nazirliyi ölkənin Parvan əyalətində qadın bərbərxanalarının fəaliyyətinə, kosmetikadan istifadə daxil olmaqla, bəzi məhdudiyyətlər tətbiq edib.

“Əxlaq pozğunluğu əmələ gətirə biləcək kosmetik vasitələrdən istifadə etmək olmaz”, - “Taliban”ın sərəncamında belə yazılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}