21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Səhiyyə Nazirliyi əhaliyə müraciət edib
Tarix: 15-03-2023 15:24 | Bölmə: Cəmiyyət
Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi bayram günlərində düzgün qidalanma ilə bağlı əhaliyə müraciət edib.

Reyting.az
xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov sağlam qidalanmanın insanların həyat tərzinə çevrilməsinin vacib olduğunu söyləyib.

Onun sözlərinə görə, insanlar bayram günlərində özlərinə nəzarət edə bilmir və qida rejimi pozulur:

“Qidalanmanın düzgünlüyü hər kəs üçün individualdır. Hamı üçün eyni sxem yoxdur. Novruz bayramı ərəfəsində hazırlanan şirniyyatlar şəkərlə zəngindir. Şəkərlə zəngin olan qidaların saxlanma müddəti uzun ola bilər, amma düzgün şəraitdə saxlanmalıdır. Qidalar düzgün istifadə olunmalıdır. Bayram süfrəsindəki balıq məhsulları həmin gün istifadə olunmalıdır. Tez xarab olan məhsulların 4-6 saat ərzində qəbulu tövsiyə olunur. Əgər insanlar zəhərlənmədən şübhələnərsə, evdə müalicədən qaçmalı, mütləq həkimə müraciət etməlidir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər