İrandakı zəhərlənmələrə görə kütləvi həbslər başlayıb
Tarix: 15-03-2023 16:47 | Bölmə: Cəmiyyət
İrandakı zəhərlənmələrə görə kütləvi həbslər başlayıb

İranda məktəblilərin zəhərlənməsi ilə bağlı 110-dan çox şəxs saxlanılıb. Reyting.az xəbər verir ki, bu barədə çərşənbə günü təhlükəsizlik qüvvələri komandanlığının sözçüsü general Səid Montazer-ol-Mehdi bildirib.

“Təsnim” agentliyi generaldan sitat gətirərək yazıb:

"Bu günlər ərzində hüquq-mühafizə qüvvələrinin kəşfiyyat təşkilatı 110-dan çox qanun pozucusunu müəyyən edib və saxlayıb".

Xatırladaq ki, İranda bir neçə aydır məktəblilər kütləvi və müəmmalı şəkildə zəhərlənir. Vəziyyəti araşdıran parlament komissiyasının üzvü Məhəmməd Həsən Əsfari martın 6-da bildirib ki, artıq 25 əyalətdə 230 məktəbdən 5 mindən çox uşaq təsirlənib. Onun sözlərinə görə, zəhərli maddələrə məruz qalma halları daha çox qızlar arasında olub.

İlk belə hadisə ötən ilin noyabrında Qum şəhərində qeydə alınıb və 44 məktəbli qız xəstəxanaya aparılıb.

Bundan başqa, Urmiyada 30, Həmədan və Kebudrahengotda 120-dən çox qız ürəkbulanma, yorğunluq və başgicəllənmədən şikayətlənib.

Oxşar zəhərlənmələr bundan sonra İranın müxtəlif şəhərlərindəki digər məktəblərdə də baş verib: Tehranda, Lorestan əyalətinin qərbindəki Borucerdə və şimal-qərbdəki Ərdəbildə və başqa şəhərlərdə.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}