Bakıda kafedə qan tökülüb: bir nəfər öldürülüb, biri yaralanlb
Tarix: 16-03-2023 09:52 | Bölmə: Cəmiyyət
Bakıda kafedə qan tökülüb: bir nəfər öldürülüb, biri yaralanlb

Nəsimi rayonu ərazisində baş vermiş qətlə görə Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılıb.

Reyting.az 
Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

***

Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici alətlə öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə ilə bağlı polisə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

***

Martın 16-sı saat 03 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}