07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
BMT minatəmizləmə işlərində ölkəmizə dəstəyini davam etdirəcək
Tarix: 16-03-2023 14:56 | Bölmə: Cəmiyyət
BMT minatəmizləmə işlərində ölkəmizə dəstəyini davam etdirəcək

BMT minatəmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək.

Reyting.az
xəbər verir ki, bunu BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində keçirilən dəyirmi masada BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva deyib.

“Mən çox təəssüflənirəm ki, biz bugünkü iclasda məsələlərin müzakirəsi zamanı Ağdamda növbəti dəfə minaların insan həyatına son qoyması xəbərini aldıq, mina partlayışı nəticəsində 2 nəfər dünyasını dəyişib. Biz BMT ailəsi olaraq bundan sonra da Azərbaycana mina təmizləmə işlərində dəstəyinizi davam etdirəcəyik”, - rezident əlaqələndirici qeyd edib.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}