21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
50 minə yaxın müəllim etiraz aksiyası keçirib
Tarix: 16-03-2023 20:50 | Bölmə: Cəmiyyət
50 minə yaxın müəllim etiraz aksiyası keçirib

Bu gün Yeni Zelandiyada 50 minə yaxın müəllim etiraz aksiyası keçirib. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbidir.

Məlumata görə, Yeni Zelandiyanın ən böyük şəhərlərindən olan Oklenddəki etiraz aksiyasında 9 minə qədər insan iştirak edib.

Yeni Zelandiyanın təhsil naziri Cen Tinetti mövcud vəziyyətdən "çox məyus" olduğunu bildirib.

Müəllimlər assosiasiyasının rəhbəri Kris Aberkrombi deyib ki, hökumət müəllimlərlə razılaşmaya hazır olana qədər etiraz aksiyaları davam edə bilər.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər