16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayır
Tarix: 17-03-2023 08:34 | Bölmə: Cəmiyyət
Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayır

Bu gündən Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır.

Reyting.az
xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

Həcc ziyarətinə getmək üçün Xarici pasport;

Şəxsiyyət vəsiqəsinin surəti;

3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

Sağlamlıq haqqında arayış tələb olunur.


Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dollarıdır. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya bildirib ki, sənəd qəbulu istirahət və bayram günləri xaric hər gün saat 10:00-dan 17:00-a kimi qəbul ediləcək: “Həcc ziyarəti iyunun sonu, iyulun əvvəlinə nəzərdə tutulub. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur. Vaksinlər barədə hələ ki, tam təlimatlar olmasa da, hər zəvvardan 2 vaksinin vurulması tələb olunacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}