Biləsuvarda qadın özünü polis şöbəsinin qarşısında öldürmək istəyib
Tarix: 17-03-2023 11:05 | Bölmə: Cəmiyyət
Biləsuvarda qadın özünü polis şöbəsinin qarşısında öldürmək istəyib

Bu gün səhər saatlarında Biləsuvarda rayon sakini Səidə Babayeva polis şöbəsinin yaxınlığında özünü yandırmağa cəhd edib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq ona ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.

Qadının intihara cəhd etməsinin səbəbi Cinayət Məcəlləsinin 152.1 (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən, məhkəmənin qərarı ilə həbs edilən oğlu, 2000-ci il təvəllüdlü oğlu Babək Babayevin dərhal azadlığa buraxılmasını istəməsi olub.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}