21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ali Attestasiya Komissiyası plagiatları necə aşkarlayır?
Tarix: 17-03-2023 11:06 | Bölmə: Cəmiyyət
Ali Attestasiya Komissiyası plagiatları necə aşkarlayır?

"AMEA-nın Ümumi yığıncağı keçirildi. Tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev də iştirak edirdi.Xeyli statistikalar, maraqlı məlumatlar, problemlər və təkliflər səslənir".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz deyib.

O, əlavə edib ki, tədbirdə Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev plagiatın, təkrarçılıqların, başqasının elmi nəticələrinə müdaxilələrin, bəsit elmi işlərin də xeyli çoxaldığını bildirib, xeyli sayda plagiat dissertasiya işlərinin geri qaytarıldığını diqqətə çatdırıb.

Diqqətə çatdırılıb ki, iki il ərzində xaricdə verilmiş elmi dərəcələrin 450-nə “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcəsinin verilməsindən imtina edilib. “Xaricdə verilənlərdən təsdiqlənən elmi dərəcələrin sayı isə cəmi 900 olub. Yəni, belə çıxır ki, qurum iki il ərzində müraciətləri təsdiqlənənlərin yarısı qədər də imtina cavabı verib”, - deyən O. Gündüzün sözlərinə görə, güman edilir ki, Ali Attestasiya Komissiyası elmi işlərdəki saxtakarlığı "anti-plagiat" sistemlər vasitəsilə aşkara çıxarır: “Famil müəllim danışdıqca bir anlıq düşündüm ki, görəsən, Ali Attestasiya Komissiyamız ChatCPT ilə yazılanların da saxta olduğunu aşkara çıxara biləcəkmi?".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər