16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məleykə Abbaszadə: "İmtahanda istifadə olunan hər bir tapşırığın, hər bir sualın məqsədi var"
Tarix: 17-03-2023 11:45 | Bölmə: Cəmiyyət
Məleykə Abbaszadə: "İmtahanda istifadə olunan hər bir tapşırığın, hər bir sualın məqsədi var"

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son günlər ictimaiyyət arasında müzakirə olunan buraxılış imtahanlarının məzmunu və mürəkkəbliyi məsələsinə aydınlıq gətirib.

Reyting.az
xəbər verir ki, o, buraxılış imtahanlarında istifadə olunan bütün test tapşırıqlarının ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlandığını və müvafiq fənlər üzrə təhsil proqramı - kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət etdiyini bildirib.

Onun sözlərinə görə, imtahanda istifadə olunan hər bir tapşırığın, hər bir sualın məqsədi var: "Bütün bunlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür. Hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də göstərə bilərik. Bəzən imtahanların çətinliyi ilə bağlı ictimaiyyət nümayəndələri ziddiyyətli fikirlər səsləndirir. Test sisteminin əzbərçiliyə səbəb olduğunu söyləyirlər. Ancaq müəyyən bacarıqları yoxlayan yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunanda çətindir deyirlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}