21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində bir milyonluq mənmsəmə olub
Tarix: 03-04-2023 14:46 | Bölmə: Cəmiyyət
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində bir milyonluq mənmsəmə olub

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müraciəti əsasında həmin qurumun mühasibinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yyaıb.

Bildirilib ki, istintaqla Zərifə Abbasovanın 2017-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırması, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək sözügedən təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər