22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Daşkəsəndə iki nəfər qətlə yetirilib
Tarix: 04-04-2023 18:22 | Bölmə: Cəmiyyət
Daşkəsəndə iki nəfər qətlə yetirilib

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Reyting.az xəbər verir ki, bu barədə DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildiriblər.

Məlumata görə, dərhal polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı rayon sakinləri - 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı - 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb