21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Rusiyada bəzi şəxslər vətəndaşlıqdan məhrum edilə bilər
Tarix: 05-04-2023 17:05 | Bölmə: Cəmiyyət
Rusiyada bəzi şəxslər vətəndaşlıqdan məhrum edilə bilər

Rusiya Daxili İşlər Nazirliyi “Vətəndaşlıq haqqında” qanun layihəsinə milli təhlükəsizliyə təhlükə yarandıqda vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan düzəlişi dəstəkləyib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova Dövlət Duması komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, düzəliş prezident administrasiyası və Federal Təhlükəsizlik Xidməti tərəfindən təsdiqlənib.

Kazakova xatırladıb ki, vətəndaşlıq alarkən and içilir, insan qanunlara əməl etməyi, Rusiyanı sevməyi öhdəsinə götürür, həmçinin milli təhlükəsizliyə təhlükə yaratmayacağına söz verir.

Daxili İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, dövlət həm Rusiya vətəndaşlığını vermək, həm də onu götürmək hüququna malikdir. Bununla belə, vətəndaşın qərardan məhkəməyə şikayət etmək hüququ olacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər