Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb
Tarix: 06-04-2023 10:47 | Bölmə: Cəmiyyət
Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb

Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb.

Reyting.az
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istindadla xəbər verir ki, aprelin 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq