Goranboyda avtomobil aşıb, 5 yaralı var
Tarix: 06-04-2023 11:32 | Bölmə: Cəmiyyət
Goranboyda avtomobil aşıb, 5 yaralı var

Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Goranboy rayon Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır(Report).

***

Goranboyda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

Məlumata görə, "VAZ" markalı avtomobilin aşması nəticəsində, 1995-ci il təvəllüdlü T. Muradov, 1996-cı il təvəllüdlü P.Muradov, 1987-ci il təvəllüdlü R.Kərimov, 1983-cü il təvəllüdlü E.Acilov və daha bir nəfər xəsarət alıb.

Onlardan 3-ü ambulator yardımdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq