21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bakıda məktəb şagirdləri arasında kütləvi zəhərlənmə olub - Yenilənib
Tarix: 06-04-2023 14:44 | Bölmə: Cəmiyyət
Bakıda məktəb şagirdləri arasında kütləvi zəhərlənmə olub

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Reyting.az-a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetindən toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.

Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".

Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

***

Bakıda 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin durumu açıqlanıb.

TƏBİB-dən Reyting.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub: "Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib. 6 nəfər (4-ü qız, 2-si oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər