21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ramazan ayının on səkkizinci günü: imsak, iftar və namaz vaxtları
Tarix: 08-04-2023 21:58 | Bölmə: Cəmiyyət
Ramazan ayının on səkkizinci günü: imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının on səkkizinci günüdür.

Reyting.az
xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 9-da imsak vaxtı saat 04:44-da, iftar vaxtı isə 19:27-dədir.

Aprelin 9-u üçün namaz vaxtları:

Sübh azanı - 04:49

Zöhr azanı - 12:42

Əsr azanı - 17:19

Məğrib azanı - 19:27

İşa azanı - 20:31

On səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin!”

Tərcüməsi: “İlahi, məni bu ayda öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini İşıqlandıran Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər