21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İranda qızlar arasında növbəti kütləvi zəhərlənmə qarşıdurmaya səbəb olub
Tarix: 10-04-2023 10:37 | Bölmə: Cəmiyyət
İranda qızlar arasında növbəti kütləvi zəhərlənmə qarşıdurmaya səbəb olub

İranın Kürdüstan əyalətinin Saqqız şəhərindəki Mirac Qız Liseyində təhsil alan şagirdlərin kimyəvi qazdan zəhərləndiyi iddia edilir.

Reyting.az
-ın xəbərinə görə, sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, məktəbə gələn valideynlərlə mühafizəçilər arasında qarşıdurma yaşanıb. Şagirdlərin zəhərlənməsinə səbəb olan hücuma etiraz edən saqqızlılar məktəbdə asılmış İran bayrağını endirərək, ölkə lideri Əli Xamneyinin əleyhinə şüarlar səsləndiriblər.

Məktəbə gələn təhlükəsizlik qüvvələri ilə toplaşan insanlar arasında qarşıdurma yaranıb. Məktəbə gələn təcili yardım maşınları ilə yanaşı, valideynlərin də öz imkanları hesabına uşaqları xəstəxanalara apardıqları bildirlir.

Ən azı 47 şagirdin xəstəxanaya aparıldığı, 20-dən çoxunun vəziyyətinin ağır olduğu iddia edilir.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb olub. Sentyabrın 17-də Əmininin məmləkəti Saqqızda keçirilən dəfn mərasimindən sonra başlayan nümayişlər bir çox şəhərlərə yayılıb.

İranda 2022-ci il noyabrın 30-dan etibarən əsasən qadın şagirdlərin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunur.

İran Daxili İşlər Nazirliyi martın 11-də yaydığı yazılı açıqlamada Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi məktəblərdə kütləvi zəhərlənmə hadisələrində şübhəli bilinən 100-dən çox adamın saxlanıldığını bildirib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər