Milyarderlərin sosial şəbəkələr uğrunda mübarizəsi qızışır
Tarix: 11-04-2023 16:35 | Bölmə: Cəmiyyət
Milyarderlərin sosial şəbəkələr uğrunda mübarizəsi qızışır

Keçən il “Twitter”i 44 milyard dollara satın alan Elon Mask o vaxtdan bəri gündəmdən düşmür.

Reyting.az
-ın məlumatına görə, hesabın dayandırılması kimi qərarları bir şura verəcəyini söyləyən milyarder iş adamı Elon Mask bildirib ki, gəlirlilik nisbətini artırmaq üçün ayda səkkiz dollar ödəyən hər kəsə mavi klik verəcək.

Qeyd edək ki, aprelin əvvəlində E. Mask məşhur sosial media saytının loqosunu "Dodgecoin" loqosu ilə əvəz edib. Maskın bu hərəkətindən sonra sözügedən kriptovalyuta 30 faizdən çox dəyər qazanıb.

Gün ərzində ortaya çıxan inkişaflarda İlon Maskın “Twitter” şirkətini bağladığı sızdırılıb. Bu gedişdən sonra sosial media platformasının adının dəyişib-dəyişməyəcəyi maraq doğurub.

Sənədə əsasən, “Twitter” artıq “X Corp” şirkətinin nəzarətində fəaliyyət göstərəcək. E. Musk əslində 2022-ci ildə bu birləşməyə işarə edirdi. Mask oktyabr ayında baş verən hadisə ilə bağlı aşağıdakıları yazıb:

"Twitter”-i almaq hər şey üçün tətbiq olan X-in yaradılmasını sürətləndirmək üçün bir addım olacaq".

Analitiklər bu prosesi milyarderlər arasında müasir texnologiya, İTT sahəsində amansız rəqabətə səbəb olacağını elan edir. Bu sırada Maskın əsas rəqibinin Bil Qeyts olacağı gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}