Şəhid Elşad Həsənovun nəşi ailəsinə təhvil verilib - Fotolar
Tarix: 12-04-2023 11:58 | Bölmə: Cəmiyyət
Şəhid Elşad Həsənovun nəşi ailəsinə təhvil verilib

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşad Həsənovun nəşi Ağstafa rayon Xətai kəndinə gətirilib.

Reyting.az
Report-a istinadla xəbəır verir ki, şəhidin nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Allah rəhmət eləsin!








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}