21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Komitə: "Hər kəs şəxsi istifadə üçün ölkəyə zəruri miqdarda dərman gətirə və apara bilər"
Tarix: 12-04-2023 17:52 | Bölmə: Cəmiyyət
Komitə: "Hər kəs şəxsi istifadə üçün ölkəyə zəruri miqdarda dərman gətirə və apara bilər"

"Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər".

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitə vətəndaşların diqqətinə çatdırır ki, “Dərman vasitələri haqqında” Qanunun 9.4-cü bəndinə əsasən Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur:

"Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir. Bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər