Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərilib
Tarix: 05-05-2023 12:04 | Bölmə: Cəmiyyət
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərilib

Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsi 122 min manatdan artıq mənimsəmədə ittiham olunur.

Reyting.az
Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Şirvan Təcrübə Stansiyasının sabiq direktoru Arzu Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla Arzu Hacıyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib ona etibar edilmiş 122 min manatdan artıq dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu Hacıyevə Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər