Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub - 15 yaralı var
Tarix: 26-05-2023 16:17 | Bölmə: Cəmiyyət
Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub - 15 yaralı var

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Reyting.az
 TƏBİB-ə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Əlavə məlumat veriləcək.

**

Qəbələdə hərəkətdə olan mikroavtobusla minik avtomobili toqquşub.


Məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində araşdırma aparılır, xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir(Report).

***

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.

TƏBİB-dən Reyting.az-a bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}