Polşanın əhalisi sürətlə azalır
Tarix: 25-07-2023 21:22 | Bölmə: Dünya
Polşanın əhalisi sürətlə azalır

İyun ayının sonuna olan məlumata görə, Polşada təxminən 37,7 milyon insan yaşayıb. Bu da bir il əvvəlkindən 130 min nəfər azdır.

Reyting.az
xəbər verir ki, bunu Polşa Statistika İdarəsinin çərşənbə axşamı dərc edilmiş ilkin məlumatları sübuta yetirir.

Məlumatlara görə, son bir ildə Polşa əhalisinin azalması 2010-cu ildən bəri ən böyük azalmalardan biridir, o zaman polyaklar 38,5 milyon nəfər təşkil edib.

2023-cü ilin ilk altı ayında Polşada hər 10 000 nəfərə doğulanlardan 34 çox ölüm, keçən ilin eyni dövrü ilə müqayisədə isə 14 000 az uşaq doğulub.

Statistika idarəsinin məlumatlarına əsasən, Polşada mühacirlərin sayı artmaqda davam etsə də, bu, ölkə əhalisinin sayının azalması tendensiyasını dəyişməyib.

Xatırladaq ki, sağçı “Hüquq və Ədalət” Partiyası Polşada hakimiyyətə gəldikdən sonra doğum nisbətini stimullaşdırmaq üçün çoxuşaqlı ailələrə əlavə dəstək tətbiq edib.

O, həmçinin qadınların abort etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb ki, bu da ölkədə kütləvi etirazlara və “abort turizminin” qonşu dövlətlərə yayılmasına səbəb olub.

LALƏ
Reyting.az





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}