Ukrayna ordusunun təlim mərkəzinə zərbə endirilib
Tarix: 12-08-2025 11:18 | Bölmə: Dünya
Ukrayna ordusunun təlim mərkəzinə zərbə endirilib

Bu gecə Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

"Raket təhlükəsi" siqnalı daxil olduqdan dərhal sonra şəxsi heyət müvafiq qaydada məlumatlandırılıb. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, bir qrup hərbçi təchiz olunmuş sığınacaqlara keçərkən kaset sursatlarının olduğu ərazidə qalıblar", - deyə mətbuat xidməti qeyd edib.

Məlumata görə, zərbə nəticəsində bir nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Daha 12 hərbçi akubarotik travma və kəskin stress şikayətləri ilə həkimə müraciət edib.

"Hadisə yerində müvafiq fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. Yaralılara dərhal bütün lazımi tibbi yardım göstərilir. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanlığı həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir", - mətbuat xidməti əlavə edib.

Quru Qoşunları həmçinin qeyd edib ki, insanların həyat və sağlamlığının qorunması məqsədilə təlim mərkəzlərinin, poliqonların və digər hərbi obyektlərin etibarlı sığınacaqlarla təchiz edilməsi istiqamətində davamlı işlər aparılır. Bundan əlavə, raket zərbələri zamanı hərbçilərin mühafizəsi üçün əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər