Çin KP MK-da həbslər başlayır
Tarix: 12-08-2025 08:28 | Bölmə: Dünya
Çin KP MK-da həbslər başlayır

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) beynəlxalq şöbəsinin müdiri Liu Jiançao saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Wall Street Journal (WSJ)” özəl mənbələrinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Jiançao xaricə işgüzar səfərindən Pekinə qayıtdıqdan sonra dindirilmək üçün istintaqa çağırılıb. Onun saxlanmasının səbəbi hələlik məlum deyil.

Bu arada “Reuters”-in əldə etdiyi məlumata görə, məmurun evində axtarış aparılıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər