13:04 / 16-09-2024
Sabah yağış yağacaq
43 min ukraynalı hərbçi Böyük Britaniyada təlim keçib
Tarix: 04-09-2024 16:45 | Bölmə: Dünya
43 min ukraynalı hərbçi Böyük Britaniyada təlim keçib

Ukrayna Silahlı Qüvvələrinin 43 minə yaxın hərbi qulluqçusu Böyük Britaniyada təlim keçib. Bu barədə krallığın Ukraynadakı səfiri Martin Harris məlumat verib.

Reyting.az
-ın məlumatına görə, o, Ukrayna milli telemarafonunda deyib ki, Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrini təlimlə dəstəkləyir və ölkələrində 43 min Ukrayna əsgəri təlim keçib.

2015-ci ildən 2022-ci ilin fevralına qədər Böyük Britaniya Orbital əməliyyatı çərçivəsində 22 min ukraynalı hərbçiyə təlim keçib. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan az əvvəl bu proqram məhdudlaşdırılsa da, 2022-ci ilin yayında Krallığın Müdafiə Nazirliyi İnterfleks əməliyyatına başlayıb. Skandinaviya və Baltikyanı ölkələr, Avstraliya və Kanada da Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin hazırlanması üçün bu proqramın həyata keçirilməsinə qoşulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər