İsrail Qəzzanı yenidən bombalayıb, ölənlər var
Tarix: 18-09-2024 09:17 | Bölmə: Dünya
İsrail Qəzzanı yenidən bombalayıb, ölənlər var

İsrail ordusu Qəzza şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsindəki bir evə hava hücumu təşkil edib.

Reyting.az
-ın xəbərinə görə, Fələstinin WAFA agentliyi bildirir ki, hücum nəticəsində iki fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Digər tərəfdən, Qəzzanın mərkəzi hissəsindəki Bureyc Qaçqınlar Düşərgəsində İsrailin fələstinlilərin evlərinə pilotsuz təyyarə ilə atəş açması nəticəsində çoxlu sayda insanın yaralandığı bildirilir.

Onu da qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamaya görə, İsrailin hücumları nəticəsində azı 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 252 fələstinli həlak olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər