Ruslar Ukraynaya məxsus gəmini vurub
Tarix: 10-10-2024 17:52 | Bölmə: Dünya
Ruslar Ukraynaya məxsus gəmini vurub

Rusiya ordusu Odessada konteyner gəmisini vurub. Rusiya KİV-ləri yazır ki, zərbədən sonra alov 30 metrdən hündürə qalxıb.

Reyting.az
xəbər verir ki, gəmidəki yükün nə olduğu dəqiq bilinmir.

Onu da qeyd edək ki, bundan əvvəl Telegram kanalları hücuma məruz qalan Ukrayna gəmisində hava hücumundan müdafiə sistemlərinin daşındığını iddia edib. Bildirilir ki, hava hücumundan müdafiə silahları olan konteynerlər, yanacaq çənləri, mühəndis avadanlıqları, Ukrayna Silahlı Qüvvələrinə məxsus üç yük maşını və bir dəniz təhlükəsizlik gəmisi məhv edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-12-2024, 08:34 Ottava Pekinə etiraz edir

bütün xəbərlər