20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İran nəşri: “Türkiyə qonşu ölkələrdə su böhranı yaradır”
Tarix: 04-08-2019 13:48 | Bölmə: Dünya
İran nəşri: “Türkiyə qonşu ölkələrdə su böhranı yaradır”

“Türkiyə su müharibəsinə qalib gəlir”.

Reyting.az
“Xorasan” qəzetinə istinadla xəbər verir ki, İran nəşri Türkiyədə “İlisu” bəndinin tikintisi ilə qonşu dövlətlərdə yaranmış ekoloji problemləri vurğulayıb.

“Türkiyə İraqın etirazlarına baxmayaraq, Dəclə və Fərat çaylarında “İlisu” adlı bir bənd qurur və bu ölkənin su ehtiyatlarını azaldır. Eyni zamanda, həmin bənd İranda toz dumanları yaranmasına səbəb olur. 2006-cı ildə prezident Ruhani Türkiyənin “İlisu” anbarını inkişaf etdirmə hərəkətinə etiraz edib, amma “su diplomatiyası” kifayət etmədi”, – deyə məqalədə qeyd olunur.

“Xorasan” yazır ki, "İraq rəsmiləri də dəfələrlə “İlisu”nun su çatışmazlığına səbəb olduğunu söyləyiblər".

Nəşrin iddiasına görə, bəndin inşası Fərat və Dəclə su qaynaqlarının 60 faizinin İraqa girməsinin qarşısını alır. Türkiyə ərazisindən İrana axan çayların da su ehtiyatı 56 faiz itkiyə məruz qalıb.

“İllər boyu tozun 50-75 faizinin xarici mənşəli olması barədə fikir mövcud idi. İndi “İlisu” anbarının tezliklə ciddi bir fəlakətə çevriləcəyini etiraf etməliyik. Kənd təsərrüfatı sahələrinin itməsi, ekoloji böhran sahəsində əvvəlkindən daha güclü ola bilər”, – deyə məqalədə qeyd edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər