Türkiyədə daha 2615 nəfərdə koronavirus aşkarlanıb
Tarix: 30-04-2020 20:55 | Bölmə: Dünya
Türkiyədə daha 2615 nəfərdə koronavirus aşkarlanıb

Türkiyədə yeni növ koronavirusdan bu gün daha 93 nəfər ölüb.

Reyting.az
xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 42 004 şübhəli koronavirus testindən keçib, onlardan 2615-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3174 nəfər ölüb, 120 204 nəfər bu infeksiyaya yoluxub, 48 886 nəfəri isə müalicə olunub. Bu gün 4846 xəstə evə buraxılıb.

Fəxrəddin Qoca qeyd edib ki, Türkiyədə aparılan test sayı 1 milyonu keçib: 1 033 617 nəfər koronavirus testindən analiz olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər