Rusiya qoşunları gücləndirmək istəyir
Tarix: 25-01-2017 14:26 | Bölmə: Dünya

Ukraynanın cənub-şərqindəki vəziyyət və Şimali Qafqazda beynəlxalq terror qruplaşmalarının fəaliyyəti ilə əlaqədar Cənub Hərbi Dairəsinin qoşunları gücləndirilməlidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında müdafiə naziri Sergey Şoyqu bildirib.

O, dairə qoşunlarının döyüş heyətinin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsinin, müqavilə üzrə hərbçi qəbulunun, eləcə də qoşunların yeni silah və hərbi texnika ilə təchizatının və hərbi infrastrukturun inkişafının zəruriliyini qeyd edib.

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}