Ramzan Kadırov Fransa prezidentinə etiraz edib
Tarix: 27-10-2020 16:35 | Bölmə: Dünya / Xəbərlər
Ramzan Kadırov Fransa prezidentinə etiraz edib

Çeçenistanın başçısı Ramzan Kadırov Məhəmməd peyğəmbər haqda nəşr edilən təhqiramiz karikaturaları dəstəklədiyinə görə Fransa prezidenti Emmanuel Makronu tənqid edib.

Bu barədə R.Kadırov “Telegram” kanalında yazıb: “Mən bilmirəm Makron bu bəyanatı verərkən hansı vəziyyətdə olub. Lakin bu cür reaksiyanın nəticələri çox faciəvi ola bilər. Fransa Prezidenti indi özü terrorçuya bənzəməyə başlayır. Təxribatı dəstəkləyərək, o, gizli şəkildə müsəlmanları cinayət törətməyə çağırır. Dünyadakı iki milyard müsəlmanın təhqir edilməsini Makron “söz azadlığı” adlandırır. Makron bilməmiş deyil ki, peyğəmbərin karikaturası inanclı insanlar üçün ağrılı qəbul edilir. İnamın lağ-lağıya qoyulması və parodiya edilməsi Paris ətrafında müəllimin faciəvi sonluğunun səbəbidir”/APA




Bölməyə aid digər xəbərlər
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər