Türkiyənin keçmiş Baş naziri vəfat edib
Tarix: 30-10-2020 11:19 | Bölmə: Dünya
Türkiyənin keçmiş Baş naziri vəfat edib

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib.

Türkiyə KİV-ləri xəbər verir ki, 73 yaşlı M. Yılmaz bu gün dünyasını dəyişib.

Ötən ilin yanvar ayında ağciyərində şiş aşkarlanan M. Yılmaz uzun müddət idi ki, müalicə olunurdu.

Qeyd edək ki, 6 noyabr 1947-ci ildə İstanbulda anadan olan Məsud Yılmaz 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Dəfələrlə deputat seçilən Məsud Yılmaz Türkiyənin Xarici İşlər və Turizm nazirləri vəzifələrində də çalışıb.

O, Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər