Qubernator: “Dmanisidə etnik ədavətə heç bir əsas yoxdur”
Tarix: 17-05-2021 17:33 | Bölmə: Dünya / Xəbərlər
Qubernator: “Dmanisidə etnik ədavətə heç bir əsas yoxdur”

Dmanisidəki hadisələr mübahisə zəminində baş verib və millətlərarası ədavət üçün heç bir əsas yoxdur”.

Bunu Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında deyib.

O, mübahisənin fikizi qarşıdurmaya keçdiyini bildirib: “Kvemo Kartlidə müxtəlif millətlərin nümayəndələri yaşadığından dava emosional qəbul olunub”.

İnsidentlə bağlı istintaqın aparıldığını qeyd edən qubernator bildirib ki, bu cür halların gələcəkdə baş verməməsi üçün müəyyən addımların atılması planlaşdırılır: “Biz hər iki tərəflə - etnik azərbaycanlılar və gürcülərlə görüşlər keçirəcəyik”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər