Sedat Peker barədə həbs qərarı çıxarılıb
Tarix: 27-05-2021 16:49 | Bölmə: Dünya / Xəbərlər
Sedat Peker barədə həbs qərarı çıxarılıb

Ankara İkinci Sülh Cəza Məhkəməsi Türkiyənin beynəlxalq axtarışa verdiyi mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Sedat Peker barəsində həbs qərarı çıxarıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərar Ankara Baş Prokurorluğunun təqdimatı əsasında qəbul olunub.

Prokurorluqdan bildirilib ki, S.Peker barəsində hazırda cinayət işinin istintaqı aparılır: “Cinayət törətməkdə şübhəli bilinən Sedat Peker hazırda xaricə qaçıb gizlənib və buna görə də Ankara Baş Prokurorluğunun təqdimatı ilə Ankara İkinci Sülh Cəza Məhkəməsi mayın 26-da onun barəsində həbs qərarı çıxarıb”.

Qeyd edək ki, S.Peker hazırda Mərakeşdədir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər