16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bayden və xanımı krallıq protokolunu pozublar
Tarix: 13-06-2021 09:26 | Bölmə: Dünya / Xəbərlər
Bayden və xanımı krallıq protokolunu pozublar

ABŞ prezidenti Co Bayden və xanımı Cill Bayden G7 sammitində krallıq protokolunu pozublar.

Reyting.az
xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Qaydalara əsasən, Böyük Britaniya kraliçası II Elizabet də daxil olmaqla kral ailəsinin üzvləri tədbirə sonda qatılmalıdırlar. Ümumilikdə, qonaqlar bu müddətədək sammitə daxil olmalıdırlar. Bundan başqa, yalnız kraliça tədbirdən ayrıldıqdan sonra digər qonaqlar da tədbiri tərk edə bilərlər.

Ancaq ABŞ prezidenti və onun xanımı bir neçə dəqiqə gecikmə ilə tədbirə sonuncu olaraq gəliblər. Bununla belə, kraliça ABŞ liderinə irad tutmayıb – bu, Co Baydenin prezident olduqdan sonra kraliça ilə ilk görüşü idi.

Qeyd edək ki, Ağ Evdə kraliça II Elizabetin titulu ilə bağlı iki dəfə səhvə yol verilib - Cen Psaki onu “İngiltərə kraliçası” adlandırıb (bu titul 1707-ci ildən bəri artıq istifadə olunmur).(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}