16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Gürcüstanın baş naziri: “NATO-ya üzvlüyə hazırlaşırıq”
Tarix: 14-06-2021 18:36 | Bölmə: Dünya / Xəbərlər
Gürcüstanın baş naziri: “NATO-ya üzvlüyə hazırlaşırıq”

“Uzun illərdir ki, NATO Gürcüstanın dayanıqlı inkşafında fəal iştirak edir”.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Brüssel forumunda çıxışında deyib.

O, Gürcüstanın Alyansla əmədakşlığı dərinləşdirməyə hazır olduğunu bildirib: “Bu, aspirant ölkə kimi bizim üçün çox aktualdır, belə ki, biz NATO-ya üzvlüyə hazırlaşırıq”.

Hökumət başçısı qeyd edib ki, yalnız Gürcüstan deyil, region, Avropa və digər ölkələr yeni təhlükəsizlik təhdidləri ilə üzləşirlər və özlərinə müdafiə üçün vasitələr axtarırlar.

İ.Qaribaşvilinin sözlərinə görə, Qərbin hətta ən güclü demokratik ölkələri yeni çağırışların öhdəsindən gələ bilmirlər: “Gürcüstan çətin dövrlərdə inanılmaz dayanıqlıq nümayiş etdirdi. Demokratik institutların möhkəmləndirilməsi, iqtisadi inkişaf və modernləşdirilməyə dəstək xarici təhdidlərə daha dayanıqlı olmağımız üçün göstərdiyimiz ən vacib səylərimizdəndir”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}