İranda prezident seçkiləri keçirilir
Tarix: 18-06-2021 06:50 | Bölmə: Dünya / Xəbərlər
İranda prezident seçkiləri keçirilir

Bu gün İran İslam Respublikasında prezident seçkiləri keçirilir.

Seçkilər yerli vaxtla saat 07:00-da İranın Ali Rəhbəri Ayətullah Xameneinin səsverməsilə rəsmən başlayıb.

Səsvermə ölkənin bütün bölgələrində gecə saat 00:00-dək davam edəcək və İran xalqı 13-cü prezidentini seçəcək.

Bu seçkidə əsasən dörd namizəd yarışır: İbrahim Rəisi, Əmirhüseyn Qazizadə Haşimi, Əbdünnasir Himməti və Möhsin Rzayi.

Qeyd edək ki, İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. 1 milyon 392 min 148 nəfər prezident seçkilərində ilk dəfə səsvermədə iştirak edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}