09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Şahzadə işgəncələrdən 23 kq arıqlayıb
Tarix: 01-07-2021 12:48 | Bölmə: Dünya / Xəbərlər
Şahzadə işgəncələrdən 23 kq arıqlayıb

Səudiyyə Ərəbistanının keçmiş vəliəhd şahzadəsi Məhəmməd bin Naif həbsdə işgəncəyə məruz qalıb.

Reyting.az
NBC-yə istinadla xəbər verir ki, bu barədə iki mötəbər mənbə məlumat verib.

Onların sözlərinə görə, ABŞ prezidenti Co Baydendən Məhəmməd bin Naifə kömək üçün müdaxilə etməsi istənilib.

Səudiyyə mənbələri Bin Naifin işgəncəyə görə 23 kq arıqladığını və köməksiz gəzə bilmədiyini iddia ediblər.

Keçmiş Səudiyyə vəliəhdi ər-Riyaddakı əl-Yamama Sarayı yaxınlığında, bir hökumət kompleksində saxlanılır.

Məhəmməd bin Naifi 2017-ci ildə əmisi oğlu Şahzadə Məhəmməd bin Salman əvəz edib.

Sabiq daxili işlər naziri 6 ay boyunca təkadamlıq kamerada saxlanılıb və bu müddət ərzində ağır işgəncələrə məruz qalıb.

“Sunday Times” bu yaxınlarda ABŞ prezidenti Baydenin Məhəmməd bin Naifin sərbəst buraxılmasını tələb etdiyini bildirib.

Yeri gəlmişkən, 2 həftə əvvəl kiber məkanda Səudiyyə Təhlükəsizlik Aparatının rəhbəri və general Əbdüləziz əl-Havirinin həbsi ilə bağlı xəbərlər yayımlanıb. Əl-Havirini hazırda həbsdə olan keçmiş Səudiyyə şahzadəsi Məhəmməd bin Naifin yaxın adamıdır.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb