09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İki eks-prezident axtarışa beynəlxalq axtarışa verilib
Tarix: 08-07-2021 17:07 | Bölmə: Dünya / Xəbərlər
İki eks-prezident axtarışa beynəlxalq axtarışa verilib

Qırğızıstanın keçmiş prezidentləri Askar Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl mədəninin fəaliyyəti ilə əlaqədar beynəlxalq axtarışa verilib.

Reyting.az
xəbər verir ki, bu barədə cümə axşamı Bişkekdəki mətbuat konfransında respublikanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev bildirib: "Keçmiş prezidentlər Akayev və Bakiyev Kumtor işi ilə bağlı istintaqın ardından axtarışa verildi".

Onun sözlərinə görə, daha bir neçə keçmiş yüksək rütbəli məmur Kumtorda korrupsiya işlərində ittiham olunurlar.

Taşıyev qeyd edib ki, bunların arasında keçmiş baş nazirlər Apas Jumaqulov, Omurbek Babanov və İqor Çudinov, habelə keçmiş dövlət başçısı Sooronbay Jeenbekovun qardaşı, parlamentin eks-spikeri Asılbek Jeenbekov və Bakiyevin kiçik oğlu Maksim Bakiyev var. Bəzilərinə münasibətdə işlənmiş cinayətlərin müddətinin bitməsi səbəbindən cinayət işinə xitam verilib, qalanları həbsdə və ya axtarışdadır.

Kumtor yatağı Qırğızıstanın İssık-Kul bölgəsində yerləşir; işlənməsinə ötən əsrin 90-cı illərində Kanadadan olan investorlar başlayıb. Bu müddət ərzində Qırğızıstan hakimiyyəti kanadalı tərəfdaşlarla əməkdaşlıq şərtlərini bir neçə dəfə yenidən nəzərdən keçirib. 2021-ci ilin mayında respublika rəhbərliyi yataqda xarici idarəetmə tətbiq edib və kanadalı “Centerra” şirkəti sahəni idarə etməkdən kənarlaşdırılıb. Tərəflər bu məsələ ilə bağlı məhkəmə icraatına başlamaq niyyətlərini açıqlayıblar.

Akayev 1991-2005-ci illərdə Qırğızıstana rəhbərlik edib və çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra hələ də yaşadığı Moskvaya gedib. İnqilab zamanı ölkəyə 2005-2010-cu illərdə rəhbərlik edən Bakiyev də devrilib. Sonradan, korrupsiya da daxil olmaqla bir sıra cinayətlər törətdiyinə görə, Bakiyev məhkəmə tərəfindən qiyabi olaraq ölüm hökmü - ömürlük həbs cəzasına məhkum edilib. O, hazırda Belarusdadır. Bişkek dəfələrlə onun ekstradisiyasını tələb edib, lakin hər dəfə rədd cavabı verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb