09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Koronavirus rusları daha çox öldürür: son sutkada...
Tarix: 10-07-2021 19:02 | Bölmə: Dünya / Xəbərlər
Koronavirus rusları daha çox öldürür: son sutkada...

Rusiya koronavirus (COVİD-19) pandemiyasının ən ağır mərhələsinə daxil olub.

Reyting.az
xəbər verir ki, son 24 saat ərzində Rusiyada koronavirusdan vəfat edənlərin sayı ən yüksək həddə çatıb - 752 nəfər tələf olub.

Bununla da Rusiyada koronavirusdan vəfat edənlərin ümumi sayı 142 mini keçib.

Rusiya Koronavirus İnfeksiyasına Nəzarət Mərkəzi bəyan edib ki, ölkədə son sutkada infeksiyaya yoluxanların sayı 25 min 82 nəfər artaraq 5 milyon 758 min 300 nəfərə çatıb.

Son sutkada 752 nəfərin həyatını itirməsi pandemiyanın başlamasından bu yana Rusiyada ən yüksək rəqəm hesab olunur. Ümumilikdə vəfat edənlərin sayı 142 mini 253 nəfərə çatıb.

Moskvada son bir gün ərzində vəfat edənlərin sayı 108 nəfər olub. Ümumilikdə Rusiya paytaxtında indiyə qədər 23 min 538 nəfər ölüb. Dünən Moskvada virusa yoluxanların rəsmi sayı 5 min 694 nəfər olub.

Məlumat üçün qeyd edək ki, Rusiyada 2020-ci ilin dekabrın 24-də ən çox infeksiyaya yoluxma qeydə alınmışdı - 29 min 935 nəfər.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb