09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Güclü külək 50 mindən çox sakini işıqsız qoyub
Tarix: 11-07-2021 08:48 | Bölmə: Dünya / Xəbərlər
Güclü külək 50 mindən çox sakini işıqsız qoyub

Tropik “Elza” qasırğasının tüğyan etdiyi Kanadanın Atlantik əyalətlərində leysan yağışlar və güclü külək 50 mindən çox sakini elektrik enerjisindən məhrum edib.

“CBC” telekanalının məlumatının məlumatına görə, pis hava şəraiti əsasən Yeni Şotlandiya və Nyu-Bransuik əyalətlərinə ziyan vurub. Bu bölgələrdə küləyin sürəti 28 m/s-yə çatıb, nəticədə çox sayda elektrik xətləri zədələnib. Bildirilir ki, artıq təbii fəlakətin fəsadları aradan qaldırılır.

Xəsarət alanlarla bağlı heç bir məlumat verilməyib.

Kanadanın Milli Meteoroloji Bürosunun məlumatına görə, zəifləməkdə olan qasırğa 10 iyul tarixində ölkənin şərq sahillərinə çatıb. Cümə günü burada küləyin sürəti təxminən 22 m/s olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb